Müştəri məlumatlarını və satış mərhələlərini vahid iş axınında birləşdirin; CRM-i komandanızın gündəlik işinə uyğunlaşdırın.
Xidmətin əhatəsi
Müştəri və satış prosesinin təhlili, CRM tələbləri, mərhələ və rol quruluşu, məlumatların köçürülməsi planı, hesabat ehtiyacları və istifadəçi hazırlığı. SBT CRM ayrıca məhsul kimi təqdim olunur.
İş yanaşmamız
Əvvəl satış modelini və istifadəçi ehtiyaclarını dəqiqləşdiririk. Seçilən həllin imkanlarını tələblərlə müqayisə edir, sınaq ssenariləri və mərhələli keçid planı hazırlayırıq.
Təhvil materialları
CRM tələbləri və sazlama planı, satış mərhələləri, məlumat köçürmə yoxlama siyahısı, sınaq meyarları və komanda üçün iş təlimatı.
İşin həcmi, müddət və qiymət ilkin görüşdən sonra ayrıca təklifdə razılaşdırılır.