Ən baha dəqiqələr
Mağazada internet adətən ən pis vaxtda kəsilir: növbə var, müştəri gözləyir. Bulud kassa proqramı bu anda dayanırsa, satıcı ya dəftərə yazır, ya da müştərini itirir. Sonra dəftərdəki satışlar əl ilə sistemə köçürülür, qalıq və kassa uyğun gəlmir.
Oflayn kassa nəyi həll etməlidir
- Satış dayanmamalıdır. Mallar, qiymətlər və açıq növbə cihazda saxlanılır, çek çap olunur.
- Heç nə itməməlidir. Səhifə yenilənsə, kompüter söndürülüb yandırılsa belə göndərilməmiş satışlar qalır.
- Təkrar yazılmamalıdır. İnternet qayıdanda hər satış serverə bir dəfə düşür.
- Nəzarət qalmalıdır. Qaytarma, növbənin bağlanması və gün sonu hesabatı yalnız bütün satışlar göndəriləndən sonra.
SBT CRM-də necə işləyir
İnternet kəsiləndə kassada sarı zolaq çıxır: «Oflayn — N satış göndərilməyib». Kassir adi qaydada satır, çekə müvəqqəti nömrə verilir. İnternet qayıdan kimi satışlar özü göndərilir, server qiyməti öz məlumatına görə yoxlayır və malı anbardan o zaman çıxır. Qalıq çatmasa (məsələn, eyni malı başqa kassa da satıb) satış yenə qəbul olunur, mal mənfi qalığa düşür və menecerə bildiriş gedir.
Windows proqramı və ya brauzer
Kassanı iki yolla qurmaq olar: «Windows kassa proqramı (.exe)» — internetsiz satış və fiskal aparat üçün (tam ekran, çek önbaxışsız birbaşa printerə) və ya «Telefona / brauzerə əlavə et» — internetlə işləyir, quraşdırma tələb etmir. Hər ikisi CRM-in «Kassa» bölməsində, «Tətbiq yüklə» düyməsindədir. Fiskal çek üçün iki rejim var: «əl rejimi» (kassir onlayn kassa aparatının çek nömrəsini yazır) və Omnitech kassa aparatı ilə birbaşa inteqrasiya — Windows proqramı çeki aparatda özü vurur, bank POS-terminalı Omnitech-ə qoşulubsa kartla ödəniş terminala avtomatik gedir, başqa yerdə ödənmiş kart üçün RRN yazılır. Omnitech inteqrasiyası test mərhələsindədir.
Ətraflı: kassa və anbar proqramı və kömək mərkəzi. Mağazanızın satış və anbar prosesini birlikdə quraq.