AZ
Əlaqə
TƏLİMLƏR

Məlumat analitikası və statistik təhlil

Statistik metodlar, məlumatların araşdırılması və R proqramlaşdırma dili ilə biznes məlumatlarından əsaslandırılmış nəticələr əldə etməyi öyrənin.

Məlumat analitikası və statistik təhlil

Proqramın məqsədi

Məlumatı sadəcə hesablamaq deyil, biznes sualını düzgün qurmaq, uyğun statistik üsulu seçmək və nəticəni qərara çevirmək.

Praktik nəticə

İştirakçı məlumat dəstini təmizləyir, araşdırır və R ilə təhlil edərək qrafiklər və izahlı yekun hesabat hazırlayır.

Təlimçi və davam proqramları

Proqram Ramil Kərimzadə tərəfindən tədris olunur. Biznes üçün Excel və Power BI proqramları ilə tamamlanır.

Ramil Kərimzadə — data analitiki və korporativ təlimçi

Ramil Kərimzadə ↗

Data analitiki, Business Intelligence mütəxəssisi və korporativ təlimçi

Statistika və biznes sahələrində akademik hazırlığa malik data analitikidir. Müxtəlif sektorlarda məlumatların təhlili, biznes göstəricilərinin monitorinqi, idarəetmə hesabatları və hesabatlaşdırmanın avtomatlaşdırılması üzrə çalışır. Əsas istiqamətləri Power BI, Excel, Power Query, DAX, məlumat modelləşdirilməsi və statistik təhlildir.

İş təcrübəsi

2025 – hazırda | ENOR Group — Data Analitik. Strategiya və Layihələrin İdarəedilməsi istiqamətində satış, maliyyə, kredit portfeli və əməliyyat məlumatlarının təhlili; KPI və Power BI hesabatları; Balance Sheet və P&L avtomatlaşdırılması; büdcə və proqnozlaşdırma; Power Query və DAX ilə hesabat proseslərinin təkmilləşdirilməsi.

Tədris planı və yanaşma

Tədris məlumatın əldə edilməsi, təmizlənməsi, modelləşdirilməsi, təhlili və vizuallaşdırılmasını əhatə edir. Nəzəri biliklər praktik biznes tapşırıqları, məlumat dəstləri və müstəqil layihə ilə möhkəmləndirilir. Məqsəd alətləri işlətməklə yanaşı nəticələri düzgün şərh etmək və qərarverməni əsaslandırmaqdır.

Təlim mövzuları

Excel: başlanğıcdan irəli səviyyəyə Power BI və interaktiv dashboardlar Power Query DAX və biznes göstəriciləri Məlumat modelləşdirilməsi Biznes və maliyyə hesabatlarının avtomatlaşdırılması KPI və performans təhlili R ilə statistik təhlil Analitik nəticələrin təqdimatı

Təlimin məqsədi

Statistik metodlar, məlumatların araşdırılması və R proqramlaşdırma dili ilə biznes məlumatlarından əsaslandırılmış nəticələr əldə etməyi öyrənin.

Kimlər üçün

Analitiklər, maliyyə və əməliyyat mütəxəssisləri, məlumatla işləyən menecerlər və analitikaya başlamaq istəyənlər.

Proqram və mövzular

Biznes sualının və məlumat mənbələrinin seçilməsi Məlumat keyfiyyəti, təmizləmə və çatışmayan dəyərlər Təsviri statistika və paylanmalar Vizual araşdırma və kənar dəyərlər Seçmə, etibar intervalı və hipotezlərin yoxlanılması Korrelyasiya və reqressiyanın əsasları R ilə məlumatların emalı və statistik təhlil Nəticələrin şərhi, məhdudiyyətlər və yekun layihə

İlkin bilik tələbləri

Əsas Excel və riyazi anlayışlar tövsiyə olunur. R üzrə ilkin bilik tələb olunmur; iştirakçı səviyyəsi qeydiyyatdan əvvəl yoxlanılır.

Növbəti addımı birlikdə müəyyən edək.

info@sbt.az   ·   +994 55 455 27 26

WhatsApp-da yazın