AZ
Əlaqə

Ramil Kərimzadə

Data analitiki, Business Intelligence mütəxəssisi və korporativ təlimçi

Statistika və biznes sahələrində akademik hazırlığa malik data analitikidir. Müxtəlif sektorlarda məlumatların təhlili, biznes göstəricilərinin monitorinqi, idarəetmə hesabatları və hesabatlaşdırmanın avtomatlaşdırılması üzrə çalışır. Əsas istiqamətləri Power BI, Excel, Power Query, DAX, məlumat modelləşdirilməsi və statistik təhlildir.

İş təcrübəsi

2025 – hazırda | ENOR Group — Data Analitik. Strategiya və Layihələrin İdarəedilməsi istiqamətində satış, maliyyə, kredit portfeli və əməliyyat məlumatlarının təhlili; KPI və Power BI hesabatları; Balance Sheet və P&L avtomatlaşdırılması; büdcə və proqnozlaşdırma; Power Query və DAX ilə hesabat proseslərinin təkmilləşdirilməsi.

Tədris planı və yanaşma

Tədris məlumatın əldə edilməsi, təmizlənməsi, modelləşdirilməsi, təhlili və vizuallaşdırılmasını əhatə edir. Nəzəri biliklər praktik biznes tapşırıqları, məlumat dəstləri və müstəqil layihə ilə möhkəmləndirilir. Məqsəd alətləri işlətməklə yanaşı nəticələri düzgün şərh etmək və qərarverməni əsaslandırmaqdır.

Təlim mövzuları

Excel: başlanğıcdan irəli səviyyəyə Power BI və interaktiv dashboardlar Power Query DAX və biznes göstəriciləri Məlumat modelləşdirilməsi Biznes və maliyyə hesabatlarının avtomatlaşdırılması KPI və performans təhlili R ilə statistik təhlil Analitik nəticələrin təqdimatı

Tədris etdiyi proqramlar

Növbəti addımı birlikdə müəyyən edək.

info@sbt.az   ·   +994 55 455 27 26

WhatsApp-da yazın